Moskva Şəhər Məhkəməsi iki qətl və bir qətl cəhdinin təşkilində təqsirləndirilən milyarder İbrahim Süleymanovu həbsdə saxlayıb. Bu barədə “RİA Novosti” xəbər verir.
Agentlik hakimin qərarından sitat gətirib: "Moskva Basmannı Məhkəməsinin qərarı qüvvədə saxlanılıb və apellyasiya şikayəti rədd edilib".
Dinləmənin əsas hissəsi, eləcə də Süleymanovun həbsinin nəzərdən keçirildiyi iclas qapalı qapılar arxasında keçirilib. Milyarderin özü məhkəməyəqədər həbsxanadan videobağlantı vasitəsilə iştirak edib.
İbrahim Süleymanov 2 oktyabr gecəsi Moskvada saxlanılıb. Növbəti gün Moskva Basmannı Məhkəməsi onu 2 dekabra qədər həbsdə saxlayıb. Milyarder, digər cinayətlərlə yanaşı, 2004-cü ildə sifarişli qətl təşkil etməkdə şübhəli bilinir.
Müstəntiqlərin sözlərinə görə, Süleymanov Moskva hava limanlarının müflisləşməsi ilə məşğul olan Maliyyə Bərpası və İflası üzrə Federal Xidmətin (FSFO) rəhbəri Georgi Talın sui-qəsdini sifariş edib. 112-nin məlumatına görə, Tal Moskvanın mərkəzində güllələnib. O, xəstəxanaya yerləşdirilib, lakin bir neçə saat sonra reanimasiyada aldığı yaralardan ölüb. Süleymanov ittiham olunduğu cinayətlərdə özünü günahkar hesab etmir.
Vəkil Aleksandr Xaminskinin sözlərinə görə, milyarder ömürlük həbs cəzası ilə üzləşə bilər.
Xatırladaq ki, İbrahim Əməyeviç Süleymanov 29 may 1967-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Rutul kəndində anadan olub. O, milliyətcə rutuldur və ləzgi azlığının nümayəndəsidir.
Almaz Həsənli