AZ

Konsert öncəsi Röya ilə Mərdandan yeni işbirliyi – VİDEO

Xalq artisti Röya Ayxan müğənni Mərdan Kazımovla yeni işbirliyinə imza atıb.

Musavat.com xəbər verir ki, Mərdan Xalq artistinin “Dedilər” mahnısını duet şəklində ifa etmək üçün ona müraciət edib. Müğənnilər mahnını yenidən səsləndirmək məqsədilə studiyada bir araya gəliblər.

“16 noyabr konsertimiz öncəsi sürpriz proyektimiz dəyərli Xalq Artistimiz Röya Ayxan ilə olacaq”, - deyə Mərdan bildirib.

Qeyd edək ki, Mərdan Kazımov noyabrın 16-da “Cavanlığım" adlı konsert proqramı ilə “Jolly Joker Baku”da səhnə alacaq.

Könül
Musavat.com 

Seçilən
33
musavat.com

1Mənbələr