AZ

Kino Agentliyinə ayrılan vəsaitin 59 faizi istifadə olunmayıb – Nazir müavini

Bakı. Trend:

2025-ci ildə Azərbaycan Kino Agentliyinə 8,5 milyon manat vəsaitayrılıb. Artıq 11-ci aydır, indiyədək həmin vəsaitin 41 %-i, yəni3,5 milyon manatı istifadə olunub.

Trend xəbərverir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov MilliMəclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar,Mədəniyyət komitələrinin birgə iclasında “AzərbaycanRespublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanunlayihəsinin müzakirəsi zamanı deyib.

“Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. 2025-ci ilinəvvəlinə həmin qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaitivar. 2026-cı il üçün sifarişlər 12 milyon manatdır. Həmin qurumunəlində olan vəsaitlərin növbəti il üçün xərclərini ödəyəcəyinidüşünürük”, - deyə o vurğulayıb.

Nazir müavini həmçinin xatırladıb ki, film istehsalı və dublyajgəlirləri 90 % mənfəət vergisindən azaddır. Kino sahəsində torpaqvə əmlak vergisi cari ildən etibarən 5 il müddətinə tətbiq olunmur.Müəllif hüquqları üzrə ödənilən royalti vergisinə güzəşt tətbiqolunur. Film nümayişi üçün “kəşbək” mexanizmi də mövcuddur.

Məqalədə:
Seçilən
8
6
az.trend.az

9Mənbələr