AZ

Paşinyan Qarabağ danışıqlarına dair sənədləri dərc etmək qərarının səbəbini açıqlayıb

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlara dair sənədləri niyə ilin sonuna qədər dərc etmək qərarının səbəbini açıqlayıb...

APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, Paşinyan bildirib ki, bu, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır.

“Proses başa çatdıqdan sonra biz bu sənədləri dərc edə biləcəyik, o zaman həmin sənədlərin dərc olunması üçün mənəvi və siyasi maneə aradan qalxacaq”, - o brifinqdə deyib.

Keçmiş prezident Serj Sarkisyanın başqa dövlətin liderinə məktubuna gəlincə, Paşinyan onu dərc etmək niyyətini bir daha təsdiqləyib. O, vaxtı açıqlamasa da, əlavə edib ki, hazırda sənədin məxfiliyi ləğv edilir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edəcəyini deyib. Paşinyan Serj Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb.

Poliqon.info

Seçilən
5
3
poliqon.info

4Mənbələr