AZ

ABŞ-a görə ümumi səfərbərlik ELAN EDİLDİ

Venesuela hökuməti ölkənin Silahlı Qüvvələrində kütləvi səfərbərliyin başladığını elan edib. 

Olaylar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda bildirilir ki, bu qərar ABŞ qüvvələrinin Karib dənizi regionuna köçürülməsinə cavab olaraq qəbul edilib.

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez sözlərinə görə, bu addım ABŞ-dan gələn "imperialist təhdidə" cavabdır.

Bundan başqa, müdafiə naziri Bolivar milisinin (vətəndaşlardan ibarət ehtiyat qüvvələrinin) iştirak edəcəyi hərbi təlimlərin başlanacağını da açıqlayıb.

Qeyd olunur ki, ABŞ-ın "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi daha əvvəl Cənubi Komandanlığın məsuliyyət zonasında yerləşib. Bu zona Latın Amerikası və Karib dənizini əhatə edir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
1
olaylar.az

2Mənbələr