AZ

Gələn il Almaniyada aviareyslərin sayı xeyli azalacaq

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Berlin, 12 noyabr, AZƏRTAC

Gələn il Almaniyada aviareyslərin sayında ciddi azalmaların olacağı gözlənilir.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, “Lufthansa”, “Eurowings”, “Ryanair” və digər hava şirkətləri artan vergilər, əlavə rüsumlar və aşağı rentabelliklə əlaqədar daxili və beynəlxalq reyslərin bir hissəsini ləğv edəcək.

Xüsusilə “Lufthansa” daxili uçuşlarda ciddi azalmalar planlaşdırır. Həftədə Frankfurt və Münxen mərkəzli 50 uçuş dayandırılacaq, Frankfurt-Tuluza və Münxen-Tallinn marşrutları isə tamamilə ləğv ediləcək. Bremen, Drezden, Köln, Leypziq, Münster, Nürnberq və Ştutqart kimi kiçik hava limanlarında da uçuşların azaldılması gözlənilir.

“Ryanair” isə qış planı çərçivəsində Almaniyada 9 hava limanı üzrə 24 marşrutu ləğv edib, Hamburqda uçuşları 60 faiz azaldıb. Şirkət aeroportlara yüksək giriş xərclərinin azalmamasına dair Almaniya tərəfinin siyasətini tənqid edib.

“Eurowings” və “Wizz Air” də bir sıra daxili və beynəlxalq uçuşları dayandıracaq. “British Airways” isə Kölndən və Ştutqartdan London istiqamətinə aviareysləri gələn il martın 29-dan etibarən dayandıracaq. “Wizz Air” isə Karlsruhe və Dortmunddan aviareyslərin sayını azaldacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
4
azertag.az

5Mənbələr