"2025-ci ildə Azərbaycan Kino Agentliyinə 8.5 milyon manat vəsait ayrılıb. Artıq 11-ci aydır, indiyədək həmin vəsaitin 41%-i, yəni 3.5 milyon manatı istifadə olunub".
Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, hələ 5 milyon manat istifadə olunmamış qalıq var:
"2025-ci ilin əvvəlinə həmin qurumun 11.5 milyon manat istifadə olunmamış vəsaiti var. 2026-cı il üçün sifarişlər 12 milyon manatdır. Həmin qurumun əlində olan vəsaitlərin növbəti il üçün xərclərini ödəyəcəyini düşünürük. Film istehsalı və dublyaj gəlirləri 90% mənfəət vergisindən azaddır. Kino sahəsində torpaq və əmlak vergisi cari ildən etibarən 5 il müddətinə tətbiq olunmur. Müəllif hüquqları üzrə ödənilən royalti vergisinə güzəşt tətbiq olunur. Film nümayişi üçün keşbek mexanizmi də mövcuddur".