AZ

Astarada ağır qəza - Ölən var

Astarada yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb.

Astara sakini 1992-ci il təvəllüdlü Cəsarət Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi, rayon sakini 1965-ci il təvəllüdlü Kamran Məmmədovun idarə etdiyi "Mercedes-190" markalı maşınla toqquşub.

Qəza nəticəsində K.Məmmədov hadisə yerində ölüb. "Niva"nın sürücüsü və maşında olan Astara sakini 1991-ci il təvəllüdlü Fail Qüdrətov xəsarətlə Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Müayinədən sonra onlar Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyə edilib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəlil Əliyev 

Seçilən
27
9
unikal.az

10Mənbələr