Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, qəza zamanı Kijəbə kənd sakini, 1992-ci il təvəllüdlü Cəsarət Sübhan oğlu Əliyevin idarə etdiyi "Niva" markalı avtomobil, Təngərüd kənd sakini, 1965-ci il təvəllüdlü Kamran Zair oğlu Məmmədovun sürdüyü "Mercedes-190" ilə toqquşub.
Hadisə nəticəsində Kamran Məmmədov ölüb, "Niva"nın sürücüsü Cəsarət Əliyev və sərnişini, 1991-ci il təvəllüdlü Fail İlqar oğlu Qüdrətov müxtəlif dərəcəli xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra Lənkəran rayon mərkəzi xəstəxanasına köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta