AZ

Astarada ağır qəza: 1 ölü, 2 yaralı var - FOTO

Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

Paralel.az xəbər verir ki , qəza zamanı Kijəbə kənd sakini, 1992-ci il təvəllüdlü Cəsarət Sübhan oğlu Əliyevin idarə etdiyi "Niva" markalı avtomobil, Təngərüd kənd sakini, 1965-ci il təvəllüdlü Kamran Zair oğlu Məmmədovun sürdüyü "Mercedes-190" ilə toqquşub.

Hadisə nəticəsində Kamran Məmmədov ölüb, "Niva"nın sürücüsü Cəsarət Əliyev və sərnişini, 1991-ci il təvəllüdlü Fail İlqar oğlu Qüdrətov müxtəlif dərəcəli xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra Lənkəran rayon mərkəzi xəstəxanasına köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.





Seçilən
3
3
paralel.az

4Mənbələr