AZ

Avropa ölkələrində quş qripi xəstəliyi sürətlə yayılır

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Lüksemburq, 12 noyabr, AZƏRTAC

Avropada sürətlə yayılan quş qripi (H5N5) xəstəliyi Lüksemburqdakı iri supermarket şəbəkələrini və onların təchizat zəncirlərini ciddi sınaq qarşısında qoyub. Xüsusilə Milad və Yeni il bayramları ərəfəsində artan tələbat fonunda yumurta və toyuq məhsullarının təminatında çətinliklər müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, “Auchan” şirkətinin nümayəndəsi “Luxembourg Times” nəşrinə açıqlamasında Fransadan alınan yumurtaların tədarükündə problemlərin yaranmasından danışıb. “Təchizat zəncirimizdə ciddi təsirlər hiss olunur. Bununla belə, yerli tərəfdaşlarımız sayəsində müəyyən səviyyədə təminatı qoruyuruq, amma həcmləri artırmaq çox çətindir”, - deyə o bildirib. Şirkətin nümayəndəsi, həmçinin topdansatış bazarında qiymətlərin kəskin artdığını və bazarda sabitliyi qorumağın getdikcə çətinləşdiyini əlavə edib.

Lüksemburqda fermerlər sərt biosanitar qaydalar tətbiq edildiyini bildirərək, təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə çatdırıldığını deyiblər. Onlar vurğulayıblar ki, hazırda ətraf ölkələrdə yumurta qıtlığı və daxili tələbin artması səbəbindən bütün sifarişləri təmin edə bilmirlər.

Qeyd edək ki, hazırda quş qripi xəstəliyi Avropa İttifaqına üzv olan azı 15 ölkədə qeydə alınıb. Bu səbəbdən Almaniyada təxminən 1 milyon, Danimarkada 430 min, Belçikada azı 70 min quş məhv edilib. Fransada quşlara kütləvi şəkildə vaksin vurulur. Niderlandda regional məhdudiyyətlər tətbiq olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
4
azertag.az

5Mənbələr