ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Astarada yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb.
Astara sakini 1992-ci il təvəllüdlü Cəsarət Əliyevin idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi, rayon sakini 1965-ci il təvəllüdlü Kamran Məmmədovun idarə etdiyi “Mercedes-190” markalı maşınla toqquşub.
Qəza nəticəsində K.Məmmədov hadisə yerində ölüb. “Niva”nın sürücüsü və maşında olan Astara sakini 1991-ci il təvəllüdlü Fail Qüdrətov xəsarətlə Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Müayinədən sonra onlar Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyə edilib.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.