AZ

Nazir müavini: Kino Agentliyi büdcənin cəmi 41% ini xərcləyib

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"2025-ci ildə Azərbaycan Kino Agentliyinə (AKA) 8.5 milyon manat vəsait ayrılıb. Artıq 11-ci aydır, indiyədək həmin vəsaitin 41%-i, yəni 3.5 milyon manatı istifadə olunub".

"Yeni Sabah" xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, hələ 5 milyon manat istifadə olunmamış qalıq var:

"2025-ci ilin əvvəlinə həmin qurumun 11.5 milyon manat istifadə olunmamış vəsaiti var. 2026-cı il üçün sifarişlər 12 milyon manatdır. Həmin qurumun əlində olan vəsaitlərin növbəti il üçün xərclərini ödəyəcəyini düşünürük. Film istehsalı və dublyaj gəlirləri 90% mənfəət vergisindən azaddır. Kino sahəsində torpaq və əmlak vergisi cari ildən etibarən 5 il müddətinə tətbiq olunmur. Müəllif hüquqları üzrə ödənilən royalti vergisinə güzəşt tətbiq olunur. Film nümayişi üçün keşbek mexanizmi də mövcuddur".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
6
yenisabah.az

9Mənbələr