Bakivaxti saytına istinadən ain.az xəbər verir.
Noyabrın 12-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsahibəsinə start verilib.
Bu barədə Bakıvaxtı.az-a BŞTİ-dən məlumat verilib.
"Müsahibənin keçirildiyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq", - məlumatda qeyd olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.