AZ

Paşinyan Trampın oğlunun İrəvana səfərinin ləğvi ilə bağlı xəbərlərə münasibət bildirib

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın oğlunun İrəvana səfərinin ləğvi ilə bağlı xəbərlərə münasibət bildirib.

APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, Paşinyan bildirib ki, onlar heç vaxt bu barədə nəsə deməyiblər.

“Biz bunu heç vaxt bəyan etməmişik. Kim bunu bəyan edibsə, qoy o da izah etsin”, - Ermənistan Baş naziri brifinqdə bildirib.

Qeyd edək ki, təxminən iki həftə əvvəl ABŞ Prezidenti Donald Trampın oğlunun noyabrın 12-də Ermənistana səfər edəcəyinə dair məlumat yayılıb. Bu gün isə “Hraparak” qəzetinin yaydığı məlumata görə, Trampın oğlu kiçik Donald Tramp Ermənistana planlaşdırılan səfərini ləğv edib. Bildirilib ki, səfər ərəfəsində ABŞ-da jurnalist Taker Karlsonun efirə getmiş verilişi və həmin proqramda səslənən iddialar geniş rezonans doğurub. Verilişdə “Tashir Capital” şirkətinin baş direktoru Narek Karapetyan Ermənistan hakimiyyətinin erməni kilsəsinə qarşı hücumları barədə danışıb. “Hraparak”ın yazdığına görə, kiçik Tramp bu məlumatlardan sonra Ermənistan rəhbərliyi ilə görüşməkdən və ümumilikdə səfərdən imtina edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
3
apa.az

4Mənbələr