AZ

Tramp İsrail prezidentindən Netanyahunu əfv etməsini xahiş edib

Ajans.az xəbər verir ki,bu barədə Kan telekanalı məlumat yayıb. Məlumata görə, Herzoq bu gün Ağ Ev rəhbərinin imzaladığı məktubu qəbul edib, lakin sənədin məzmunu barədə ətraflı məlumat verilməyib. Əgər Binyamin Netanyahu məhkəməyə verilərsə, bu, İsrail tarixində ilk dəfə baş nazirin mühakimə olunması halı olacaq. Xatırladaq ki, Donald Tramp bu ilin iyun ayında verdiyi açıqlamada Netanyahunun məhkəməsinin ləğv edilməli olduğunu və ya onun “böyük qəhrəman kimi” əfv edilməli olduğunu söyləmişdi. Tramp həmçinin qeyd edib ki, Netanyahudan daha “harmoniyada işləmək bacarığına malik siyasətçi tanımadığını” bildirib. Qeyd edək ki, 2016-cı ilin dekabrından etibarən İsrail baş nazirinə qarşı korrupsiya və hökmətin maraqları naminə qanunsuz lobbiçilik ittihamları üzrə bir neçə cinayət işi açılıb. Bu işlər üzrə məhkəmə prosesi 2020-ci ilin may ayında başlayıb və hələ də davam edir.

 

Seçilən
10
Ajans.az

1Mənbələr