AZ

Ərdoğandan təyyarə qəzası ilə bağlı AÇIQLAMA

"Gürcüstanda qəzaya uğrayan təyyarəmizin "qara qutu"su aşkar edilib və araşdırmalar başlayıb".

Milli.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Şəhidlərimizdən 19-nun nəşi tapılıb, geri qalan bir şəhidimizin nəşinin axtarışları davam edir", - deyə Türkiyə lideri bildirib. 

"Biz işləri yaxından izləyirik və lazımi araşdırmaların diqqətlə aparılmasını və hadisənin bütün aspektlərinin üzə çıxarılmasını təmin edəcəyik" .

"Millətimizlə yanaşı azərbaycanlı bacı-qardaşlarımızı və gürcü dostlarımızı da dərin kədərə qərq edən bu faciəli hadisəni bütün tərəfləri ilə araşdırırıq. Gürcüstan qurumları bu prosesdə ən yüksək səviyyədə lazım olan yardımı və əməkdaşlığı göstərir. Azərbaycanlı bacı-qardaşlarımız da eyni qaydada gərəkli bütün dəstəyi, töhfəni verirlər".

Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 20 hərbçi olub. Hadisə zamanı bütün ekipaj üzvü həlak olub.

Milli.Az

Seçilən
24
2
milli.az

10Mənbələr