ABŞ Prezidenti Donald Tramp İsrail lideri İshaq Hersoqa məktub ünvanlayıb.
News365.az “The Times of Israel”ə istinadən xəbər verir ki, məktubda İsrailin Baş naziri Binyamin Netanyahunun əfv edilməsi ilə bağlı xahiş yer alıb.
İsrail prezidentinin məktubu bu gün, noyabrın 12-də aldığı bildirilir.
Məsələ ilə bağlı detallar açıqlanmayıb.
Xatırladaq ki, daha əvvəl Donald Tramp İsrailə səfəri zamanı həmkarı İshaq Hersoqa müraciət edərək Netanyahunu əfv etməyi təklif etmişdi.
Onu da qeyd edək ki, B.Netanyahu ölkəsində üç korrupsiya işində ittiham olunur. Bunlar arasında təqribən 213 min dollar dəyərində qanunsuz hədiyyələr qəbul etmək də var. Təl-Əviv və Yerusəlimdə məhkəmə prosesləri 2020-ci ildən davam edir. Netanyahu isə özünü həmin işlər üzrə təqsirli bilmir.