AZ

Ermənistan “Tramp yolu”nun tikintisinə gələn il başlayacaq


Ermənistan “Tramp yolu” layihəsinin icrasına 2026-cı ilin ikinci yarısında başlamağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən iclasda deyib.
Paşinyan bildirib ki, bu ilin sonuna qədər layihənin bütün detalları müzakirə olunmalı, 2026-cı ilin birinci yarısında tam plan kağız üzərində təqdim edilməlidir.
“Amma mən hələ heç nə demək istəmədim, çünki belə planlar çox vaxt qrafikdən kənara çıxır. Biz hər şeyi edəcəyik ki, son tarixlərə əməl olunsun”, – deyə baş nazir vurğulayıb.
Paşinyanın sözlərinə görə, yeni dəmir yolu sovet dövründən qalan marşrut əsasında inşa olunacaq, çünki alternativ marşrutların reallaşması “qeyri-mümkündür”.
Baş nazir əlavə edib ki, qaz kəməri və elektrik xətləri layihədən xeyli şimalda yerləşəcək: “Hələlik bu xətlərin Sünikdə (Zəngəzur –red.) qalacağı, yoxsa Vayots Dzor bölgəsindən keçəcəyi dəqiqləşməyib. Xəritədə hər şey sadə görünür, lakin ərazi şəraiti öz tələblərini diktə edir”.
O qeyd edib ki, Şərq-Qərb yolları Şimal-Cənub layihəsinə inteqrasiya olunacaq, lakin variantlar hələ müzakirə mərhələsindədir.
Paşinyan həmçinin sosial mediada Ermənistan cəmiyyətinin Bakının “Tramp yolu”nun Azərbaycana sərfəli şərtlərlə işləyəcəyi barədə iddialarına da cavab verib.
Seçilən
54
yeniavaz.com

1Mənbələr