Hazırda paytaxtda 180 marşrut xətti üzrə 27 avtobus daşıyıcısı fəaliyyət göstərir. Gündəlik sərnişindaşıma fəaliyyətinə 2 min 300 avtobus cəlb edilir. 1054 avtobusda dayanacaqların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur. Bunlardan 815 ədədi gündəlik istismar olunur.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən ( AYNA) məlumat verilib.
Bildirilib ki, daşıyıcılar tərəfindən yeni gətirilən daha 107 avtobusda səslənmənin təmin edilməsi istiqamətində əlavə qurğuların quraşdırılması ilə bağlı texniki işlər aparılır. Texniki işlər yekunlaşdıqdan sonra ümumilikdə 1161 avtobusda səslənmə təmin olunacaq.
Əlavə edilib ki, Bakıya yeni gətirilən və sərnişindaşıma üçün xəttə buraxılan avtobuslar bu sistemlə təchiz olunub. (Mənbə: Azərtac)