AZ

Baş nazir qərar imzaladı: 2035-ci ilə qədər...

Nazirlər Kabineti Paris Sazişi çərçivəsində istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə milli hədəfin və bu hədəfi ehtiva edən "Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" sənədinin təsdiq edilməsi haqqında qərar qəbul edib.

Publika.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, 1990-cı baza ili ilə müqayisədə 2035-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 40 % azaldılmasını nəzərdə tutan milli hədəf və bu hədəfi ehtiva edən "Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" (NDC 3.0) sənədi təsdiq edilib.

Qərarla təsdiq edilmiş milli hədəfə nail olunmasının maliyyə resurslarının artırılması - əlavə beynəlxalq maliyyə dəstəyi (güzəştli kreditlər, özəl sektor investisiyası və s.), texnologiyanın mövcudluğu, texnologiyanın ötürülməsi, texnologiyanın inkişaf səviyyəsi, potensialın artırılması dəstəyinin əldə olunması, meşələrin və digər ekosistemlərin absorbsiyası şərtilə mümkünlüyü nəzərə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi NDC 3.0 sənədini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etməli,

Seçilən
14
8
publika.az

10Mənbələr