AZ

Tramp İsrail prezidentindən Netanyahunu əfv etməsini xahiş edib

ABŞ prezidenti Donald Tramp İsrail prezidenti İsaak Herzog ilə məktublaşaraq baş nazir Benyamin Netanyahunun əfv edilməsini xahiş edib.

Doğru.az xəbər verir ki, Tramp Netanyahunu ölkəni sülhə aparan “müharibə dövrünün həlledici baş naziri” adlandırıb və ona qarşı cinayət işini siyasi motivli və ədalətsiz adlandırıb.

İsrail prezidenti cavabında bildirib ki, əfv almaq istəyən hər kəs mövcud qaydalara uyğun müraciət etməlidir. Qeyd olunur ki, Tramp oktyabrın 13-də Knessetdə çıxışı zamanı da Herzogdan Netanyahuya qarşı istintaqı dayandırmağı xahiş etmişdi.

DOĞRU.AZ

Seçilən
28
dogru.az

1Mənbələr