Olaylar bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Endryus vurğulayıb ki, şəkər, un məmulatları, bitki yağları və qida əlavələri onkoloji xəstəliklərin inkişafına təsir göstərmir.
O, xərçəng riskini sübut olunmuş şəkildə artıran yeganə məhsullar kimi spirtli içkiləri və emal olunmuş ət məhsullarını göstərib.
"Emal olunmuş ət məhsulları - hot-doqlar, ət delikatesləri, sosislər, bekon, yəni istifadəyə hazır və uzun müddət soyuducuda saxlanıla bilən bütün məhsullardır. Bu məhsullardan az miqdarda belə istifadə bağırsaq xərçəngi riskini artırır",- deyə diyetoloq izah edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31