AZ

Şəhid ailələri və qazilərin ziyalılarla görüşü keçirildi - FOTOLAR / VİDEO

Noyabrın 11-də Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi tərəfindən, QHT Dövlət Dəstəyi Agentliyinin maliyə yardımıyla həyata keçrilən "Vətən Torpaqını Qanları ilə Suvaranlar" adlı layihənin icra çərçivəsində Şəhid Ailələrinin və Qazilərin Ziyalılarla görüşü baş tutub.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, QƏQİB-in sədri layihə rəhbəri Firidun Məmmədov QHT, DDA- ya təşəkkürünü bildirdikdən sonra layihə barədə ümumi məlumat verdi

Şəhidlərin xatirəsi anıldıqdan və Dövlət himimiz səsləndirildikdən sonra tədbir iştirakçıları çıxış edərək qarşıya qoyulan məqsədin  əhəmiyyətindən danışdılar. Onlar Vətən torpaqını qanı ilə zənginləşdirən Şəhidlərmizə və Qazilərmizə göstərilən Dövlət qayğısından danışaraq daha çox işlərin görülməsinidə vacibliyini vurğuladılar. Tədbirdə iştirak edən yazarlar arasında Şəhid və Qazilərmizə aid müxtəlif kitablar müəllifi olan Şair və Yazıçılarmız təqdir edildi.

Tədbir iştirakçılarının arasında bir neçəsi bu qələm sahiblərindən idi. Uğurlu Yol qəzetinin baş redaktoru, şair Rzayev İlyas Qurban oğlu, şairə Aləmzər İlay, şairə Nazlı Hacılı, Yazıçı Cəmafər Əliyeva, ruhani şair Hacıqubat Hüseyinli, ilahiyyətçi şair Hacı Fərman, şair Ziyatxan Qurban oğlu, Ziyalı Novruzova Kamilə Məhərrəm qızı,Turan Dəvriş tiyatırının rəhbəri Şirzad Pirallahi, aktuyor İbrahimli Şahin, Şəhid anası Abbasquluzadə Nəzakət, Qazilər Əkrəm Rzayev və Əvəz Əsgərov və başqaları tədbirdə maraqlı çıxışlar etdilər.

"Cebheinfo.az" 

Seçilən
21
2
cebheinfo.az

3Mənbələr