AZ

Millimiz seçmə mərhələyə məğlubiyyətlə BAŞLADI

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
 

“Centenary” stadionunda təşkil olunan görüş Çexiya seçməsinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.


Qeyd edək ki, millimiz qrupda növbəti oyununu noyabrın 15-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

12 noyabr

17:30. Çexiya (U-19) - Azərbaycan (U-19) - 6:1

Qol: Ondrej Penxa 45, Lui Buffon, 54, Lui Buffon, 64, Şahismayıl Cəfərov, 70, Adam Sosna 88, Daniel Şvankara 83, Lui Buffon 90 +3

Baş hakim: Oliver Reitala (Finlandiya)

“Centenary” stadionu, Ta Qali

Bizim.Media

Seçilən
12
5
bizim.media

9Mənbələr