AZ

Qahirədə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Misir-Azərbaycan Dostluq Cəmiyyətində 8 Noyabr - Zəfər Günü və 9Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə AzərbaycanRespublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilir ki, tədbirin açılışında Azərbaycanın və MisirinDövlət himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrundaşəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədriSeymur Nəsirov Zəfər Gününün xalqımızın tarixinə qızıl hərflərləyazıldığını, hamımız üçün qürurverici gün olduğunu bildirib.Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi iləşanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldəetdiyi Zəfərin gələcək nəsillər üçün fəxr mənbəyi olduğunusöyləyib. Həmçinin Dostluq Cəmiyyətinin fəaliyyəti, eləcə də ikiölkə arasında tarixi, mədəni, elmi əlaqələr barədə məlumatverib.

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxışında 2020-ciilin 8 noyabrını xalqımız üçün müqəddəs günlərdən adlandırıb.Azərbaycan Ordusu Şuşa şəhəri üzərində bayrağımızı yenidənucaltdığını, 2023-cü ilin sentyabrında Azərbaycanın münaqişənitarixin arxivinə göndərərək dövlət suverenliyini tam bərpa etdiyinidiqqətə çatdırıb. Vətən müharibəsi dövründə ölkəmizin üzləşdiyiçətinliklərdən də danışan diplomat Azərbaycana olan bütüntəzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin möhkəm inamı vəiradəsi sayəsində xalqımızın qələbə çaldığı qeyd edib.

AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutununəməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev iki əsrdirtorpaqlarını itirən Azərbaycanın beş il bundan əvvəl işğal atındakıtorpaqlarını azad etməsinin mühüm tarixi nailiyyət olduğunuvurğulayıb.

Sonda cəmiyyətin tələbələri Azərbaycan haqqında şeirlərsəsləndirib, iştirakçılara milli mətbəximizin ənənəvi təamlarıtəqdim edilib.

Qahirədə
Qahirədə
Qahirədə
Seçilən
26
3
az.trend.az

4Mənbələr