Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib.
Naxçıvan Şəhər Dövlət Yanğından mühafizə hissəsinin rəis müavini Nəsimi Hüseynov bildirib ki, yanacaq məntəqəsində baş verən yanğın tam olaraq söndürülüb.
***
Naxçıvanda yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.
Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib.
***
Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın başlayıb. Yanğın yanacaqdoldurma məntəqəsinin ambarında baş verib. Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvam Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım xidmətinin əməkdaşları cəlb olunub.






