AZ

“Sabah bizi gərgin və önəmli oyun gözləyir” Ayxan Abbasov

Yenisabah saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Sabah bizi gərgin və önəmli oyun gözləyir".

"Yeni Sabah" xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan və İslandiya yığma komandaları arasında oyundan əvvəl Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

O bildirib ki, rəqib üçün bu matç çox vacibdir:

"Futbolçularıma güvənirəm. Rəqib üçün də vacib matç olacaq. Futbolçularıma inanıram və azarkeşlərimizdən dəstək gözləyirəm. İnanıram ki, bizi tək qoymayacaqlar. İslandiya son görüşlərdə yaxşı təsir bağışlayır. İstəyirik ki, komanda olaraq ilk matçda qeydə alınan 0:5 hesablı məğlubiyyəti yaddan çıxaraq. Sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Qeyd edək ki, noyabrın 13-də saat 21:00-da start götürəcək Azərbaycan - İslandiya oyunu "Palms Sports Arena"da (8-ci km stadionu) keçiriləcək./Oxu.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
2
yenisabah.az

3Mənbələr