Bakı. Trend:
Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə NaxçıvandaPrezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icrahakimiyyətlərinə təyin olunmuş başçıları qəbul edərkənsəsləndirdiyi fikirlər ilk növbədə, yerli idarəetmədə məmurdavranışına, etik mədəniyyətə və sosial məsuliyyətə dair mühümmesajlarla yadda qaldı.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəylideyib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevinfikirləri göstərir ki, ölkədə aparılan dərin struktur islahatlarıyalnız institusional deyil, həm də dəyərlər və idarəetmə fəlsəfəsisəviyyəsində yenilənməni hədəfləyir:
“Prezident İlham Əliyevin “Rəhbər vəzifədə çalışan hər bir şəxstəvazökar olmalıdır” fikri, əslində, müasir dövlət idarəetməsindəməmur təfəkkürünün ideoloji transformasiyasını göstərir. Bu,inzibati funksiyanın sadəcə texniki deyil, həm də əxlaqi və ictimaiməsuliyyət daşıyan bir missiya olduğunu xatırladır. Dövlət başçısıaçıq şəkildə bildirir ki, məmurun şəxsi davranışı, onun ailəsininvə yaxın çevrəsinin davranış mədəniyyəti belə dövlətin nüfuzunatəsir edir. Bu, idarəetmədə yeni bir standartın – etik məsuliyyətindövlət marağı səviyyəsinə qaldırılmasının təzahürüdür”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin “əyrı yola gedənhər bir məmur məhkəmə qarşısında cavab verir” fikri antikorrupsiyasiyasətinin emosional deyil, hüquqi və institusional təməldəqurulduğunu göstərir:
“Dövlət başçısı qeyd edir ki, qanunsuz hərəkətlər cəzasız qalmırvə bu, artıq cəmiyyətin gözləntisinə çevrilib. İllər öncə başlanmış“təmizlənmə siyasəti” bu çıxışda idarəetmə fəlsəfəsinin əsas dayağıkimi təqdim olunur. Prezident İlham Əliyevin “sizə heç kim qanunsuztapşırıq verməyəcək” bəyanatı həm idarəetmədə şəffaflıq, həm dəməmurların fərdi məsuliyyətinin artması baxımından stratejiəhəmiyyət daşıyır.
Ölkə başçısı İlham Əliyevin “ilk növbədə xalqa xidmət etmək,xalqla bir yerdə olmaq” tezisi, əslində, Azərbaycan dövlətçiliyininəsas ideoloji dayağı – xalqın maraqlarına əsaslanan idarəetməmodelinin bərqərar olduğunu göstərir. Bu prinsip Prezident İlhamƏliyevin bütün çıxışlarında, xüsusilə bölgələrə rəhbərtəyinatlarında davamlı vurğulanır. Xalqa yaxınlıq, bölgələrdəvətəndaşlarla birbaşa ünsiyyət, yerli problemlərin şəffaf vəoperativ həlli – bu, artıq inzibati tapşırıq deyil, məmurpeşəkarlığının meyarına çevrilib.
Prezident İlham Əliyevin “artıq o məmurlardan əsər-əlamətqalmayıb” fikri kadr islahatlarının dərinliyini və sistemliliyininümayiş etdirir.
Dövlət başçısı qeyd edir ki, bir vaxtlar “qanunsuz varlanmanıməqsəd hesab edən” məmurlar cəzalandırılıb, mərkəzi icra orqanlarıisə sağlam idarəetmə mühitinə qovuşub. Bu, həm də idarəetməsisteminin daxili təmizlənmə mexanizminin işlək vəziyyətdə olduğunugöstərir”.
Milli Məclisin üzvü vurğulayıb ki, məmur korpusunun yenilənməsi,səlahiyyətlərin şəffaf bölgüsü və peşəkar kadrlara üstünlükverilməsi - bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi iləhəyata keçirilən dövlət idarəçiliyinin keyfiyyətcə yenimərhələsinin göstəricisidir.
“Prezident İlham Əliyevin “sizə böyük etimad göstərilir, əminəmki, bu etimadı doğruldacaqsınız” sözləri təsadüfi deyil. Bu cümlədövlət rəhbərinin etimad – məsuliyyət balansını necə qurduğunu açıqgöstərir. Etimad inzibati üstünlük deyil, ictimai etibarınqazanılması üçün məsuliyyət və borcdur. Dövlət başçısı yeni təyinolunan rəhbərlərin xalqa xidmətlə, şəffaf fəaliyyətlə və ədalətliqərarlarla bu etimadı doğrultmalarını gözlədiyini bildirir. Bu,idarəetmədə məsuliyyətli liderlik mədəniyyətinin təməl prinsipikimi çıxış edir.
Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər həmdövlət idarəçiliyinin mənəvi koordinatlarını müəyyənləşdirir, həmdə məmur korpusuna yeni davranış modeli təqdim edir. Əgər əvvəlkidövrlərdə əsas məqsəd institusional strukturun yaradılması idisə,bu gün əsas prioritet idarəetmənin keyfiyyətinin və sosiallegitimliyinin artırılmasıdır.
Yeni mərhələnin əsas formulu aydındır: xalqa xidmət, şəffafidarəetmə, ədalətli qərar və məsuliyyətli rəhbərlik. Bu dəyərlərəsasında formalaşan məmur davranışı isə Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycanın idarəçilik modelini müasir dövrüntələblərinə uyğun şəkildə yenidən formalaşdırır, - deyəE.Mirzəbəyli fikrini tamamlayıb.