AZ

Şamaxıda güclü yanğın – YENİLƏNİB – FOTO

Şamaxıda yaşayış evi yanıb.

NOCOMMENT.az xəbər verir ki, rayonunun Kiçik Xınıslı adlanan ərazisində yanğın hadisəsi baş verib. Hadisə axşam saat 19:00 radələrində Məhəmmədəmin Rəsulzadə küçəsində, ev 5 ünvanında qeydə alınıb.

Yanğın 1964-cü il təvəllüdlü Süleymanov Sədaqət Ağadur oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan iki mərtəbəli, 6 otaqlı evdə baş verib. Hadisə zamanı evin ikinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları, ümumilikdə 60 kvadratmetr sahə və bir otağın taxtadan olan tavanı 25 kvadratmetr sahədə yanıb.

Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki bütün əşyalar tamamilə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub.

Yanğının başvermə səbəbi araşdırılır.

***

Şamaxıda güclü yanğın hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki , 4 otaqdan ibarət iki mərtəbəli anidən alışıb. Hadisə yerinə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

 

 

Seçilən
41
3
nocomment.az

7Mənbələr