AZ

Azərbaycanın U-19 millisi seçmə mərhələdə ilk oyununu keçirib

Yazını böyüt
Yazını kiçilt

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Hafta.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Centenary” stadionunda təşkil olunan görüş Çexiya seçməsinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.

Qeyd edək ki, U-19 qrupda növbəti oyununu noyabrın 15-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Seçilən
22
3
hafta.az

9Mənbələr