AZ

Millimiz Avropa çempionatının seçmə mərhələsinə MƏĞLUBİYYƏTLƏ start verdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb. Ajans.az xəbər verir ki, 13-cü qrupda mübarizə aparan yığmamız Maltanın Ta Qali şəhərində Çexiya U-19 komandası ilə qarşılaşıb. "Sentenari" stadionunda keçirilən görüş Çexiya millisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin yeganə qolunu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.

Qeyd edək ki, U-19 millimiz qrupdakı növbəti oyununu noyabrın 15-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Seçilən
11
3
Ajans.az

9Mənbələr