19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Centenary” stadionunda təşkil olunan görüş Çexiya seçməsinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu noyabrın 15-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.
Çexiya (U-19) - Azərbaycan (U-19) - 6:1
Qollar: Ondrej Penxa 45. Lui Buffon, 54. Lui Buffon, 64. Adam Sosna 88. Daniel Şvankara 83. Lui Buffon 90+3 - Şahismayıl Cəfərov, 70
12 noyabr. Ta Qali, “Centenary” stadionu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta