AZ

Ayxan Abbasov: “Sona qədər istəkli olmalıyıq”

“Sabah bizi ağır oyun gözləyir”.

Paralel.az xəbər verir ki , bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, sabahkı oyunda uğurlu nəticə əldə etmək üçün əllərindən gələni edəcəklərini bildirib:
 

“Rəqib sabit heyətə malikdir. Baş məşqçiləri də təcrübəlidir. Fransa kimi güclü komandadan xal almağı bacarıblar. Amma biz də zəif deyilik. Hücum imkanlarımız var. Rəqib ikinci mərhələdə yaxşı oynayır. İlk matçda birinci qol standart vəziyyətdən vurulmuşdu. Bunun üzərində də işləyirik. Ölkənin birinci komandasının formasını geyinirik. Hakimin son fitinə kimi istəkli olmalıyıq. Bunu oyunçularımda görürəm”.


Qeyd edək ki, Azərbaycan - İslandiya matçı noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.

Seçilən
12
5
paralel.az

6Mənbələr