AZ

Avropa ölkələrində quş qripi sürətlə yayılan təhlükə yaradır

Avropada sürətlə yayılan quş qripi (H5N5) xəstəliyi Lüksemburqdakı iri supermarket şəbəkələrini və onların təchizat zəncirlərini ciddi sınaq qarşısında qoyub.

Olaylar bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, xüsusilə Milad və Yeni il bayramları ərəfəsində artan tələbat fonunda yumurta və toyuq məhsullarının təminatında çətinliklər müşahidə olunur.

Qeyd edək ki, hazırda quş qripi xəstəliyi Avropa İttifaqına üzv olan azı 15 ölkədə qeydə alınıb. Bu səbəbdən Almaniyada təxminən 1 milyon, Danimarkada 430 min, Belçikada azı 70 min quş məhv edilib. Fransada quşlara kütləvi şəkildə vaksin vurulur. Niderlandda regional məhdudiyyətlər tətbiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
4
olaylar.az

5Mənbələr