AZ

Şamaxıda yaşayış evi yanıb

Şamaxıda yaşayış evində yanğın olub. 

News365.az xəbər verir ki, Şamaxı rayonunun Kiçik Xınıslı adlanan ərazisində yanğın hadisəsi baş verib. 

Hadisə axşam saat 19:00 radələrində Məmmədəmin Rəsulzadə küçəsi, ev 5 ünvanında qeydə alınıb.

Yanğın 1964-cü il təvəllüdlü Süleymanov Sədaqət Ağadur oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan ikimərtəbəli, 6 otaqlı evdə baş verib. 

Hadisə zamanı evin ikinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları, ümumilikdə 60 kvadratmetr sahədə və bir otağın taxtadan olan tavanı 25 kvadratmetr sahədə yanıb.

Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki bütün əşyalar tamamilə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub.

Yanğının başvermə səbəbi araşdırılır.

Seçilən
10
3
news365.az

7Mənbələr