AZ

Lavrov üzə çıxdı və bu açıqlaması ilə “şübhələri” doğrultdu

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Moskva Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlıqla bağlı müzakirələrə qayıtmağa hazırdır.

Bakupost.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz hardasa çox dərin mövqe tutmağımız və nə isə etdiyimizlə bağlı amerikalı tərəfdaşlarımız arasında yaranmış şübhələri, eləcə də Rusiya və ABŞ prezidentlərinin görüşünün davam etdirilməsi üçün zəruri olan hazırlıqları müzakirə etməyə hazırıq”, - Rusiya XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Lavrov bir müddətdir Rusiya lideri Vladimir Putinin rəhbərliyi ilə keçirilən mühüm tədbirlərdə görünmür. Buna səbəb kimi isə Lavrovun Putinin qəzəbinə tuş gəldiyi iddia edilir.

İddialara görə, o, amerikalılarla müzakirələrdə çox radikal və barışmaz mövqe tutub, nəticə etibarilə Rusiya ilə danışıqların dayandırılmasına səbəb olub ki, bundan da Moskva əziyyət çəkir.

Lavrov bugünkü açıqlaması ilə sanki Rusiyanın güzəştsiz mövqe tutduğu haqda rəyin yanlış olduğunu deyib.

Asena,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
www.bakupost.az

1Mənbələr