AZ

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunurVİDEO

Bakıdakı 298 nömrəli məktəbin rəhbərliyinin göstərişi ilə şagirdlərdən pul yığıldığı iddia olunur.

Belə bir iddia ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 298 nömrəli məktəbin 2-ci sinif şagirdlərinin valideynləri "XəzərXəbər"ə müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, valideynlərin adından çıxış edən Sevinc Əliyeva deyir ki, hər ay bəzi siniflərdən pul tələb edilir. Sinif rəhbərinin yanına hazırlığa gedən şagirdlər isə bu məbləğləri ödəmirlər. 

Sevinc Əliyevanın iddiasına görə, pul yığılması ilə bağlı direktora etiraz bildirildikdə isə, Tuqay Rzazadə onu Elm və Təhsil Nazirliyinə şikayət edəcəyini deyib. 

Valideyn Sevinc Əliyeva deyir ki, daha əvvəl 298 nömrəli məktəbdə çalışan direktorlar rüşvət məsələsinə görə işdən kənarlaşdırılıblar. Tuqay Rzazadə isə bu il həmin məktəbdə bu kimi halların qarşısını almaq məqsədilə direktor təyin edilib, lakin vəziyyət dəyişməyib.

Valideynlərin dediyinə görə, şagirdlərin ekskursiyaya aparılması üçün onlardan 20, 30, hətta 50 manat, hədiyyələrin alınması və bayramlar üçün isə müxtəlif vaxtlarda 5 manat pul yığılıb.

Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, 298 nömrəli tam orta ümumtəhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı İdarə tərəfindən araşdırma aparılacaq. O da qeyd edilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

“Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır",- deyə qurumdan bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
32
7
xezerxeber.az

8Mənbələr