“Moskva ABŞ və Rusiya prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün təşkili ilə bağlı müzakirələrə yenidən başlamağa hazırdır”.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz həm amerikalı tərəfdaşlarımızın mövqeləri ilə bağlı yaranmış sualları, həm də iki ölkə liderlərinin görüşü üçün zəruri hazırlıq işlərini müzakirə etməyə hazırıq”, – deyə Lavrov qeyd edib.
Xatırladaq ki, Tramp oktyabrın 16-da Putinlə telefon danışığından sonra yaxın vaxtlarda görüşəcəklərini bildirmişdi. Görüşün Budapeştdə keçirilməsi planlaşdırılsa da, sonradan Moskva və Vaşinqton arasında bir sıra məsələlərdə razılıq əldə olunmadığı üçün təxirə salınmışdı.
"Cebheinfo.az”