AZ

Trampdan Suriya prezidentinə - “Neçə arvadın var?”

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriyanın prezidenti Əhməd əl-Şəraa ilə görüş keçirib. 

Milli.Az xəbər verir ki, görüş zamanı Tramp öz markasına məxsus "Trump" ətrini əl-Şəraaya və onunla birlikdə olan xarici işlər naziri Əsəd əş-Şeybaniyə hədiyyə edib. Ətri onların üzərinə sıxaraq, bunun "ən yaxşı ətir" olduğunu bildirib və "biri sizin üçün, biri də həyat yoldaşınız üçündür" deyib.

Sonra Tramp gülərək soruşub: "Neçə arvadın var? Bir?"

Əl-Şəraa sakitcə "Bəli, bir" cavabını verib. Tramp isə zarafatla əlavə edib:

"Sizdə vəziyyət bir az fərqlidir, heç vaxt bilmək olmur!"

Bu sual bir ərəb və müsəlman dövlət başçısına ünvanlandığı üçün bir qədər qeyri-adi və uyğun olmayan hesab olunub. Əl-Şəraa isə cavab olaraq Trampa eyni sualı verib:

"Bəs sizin neçə arvadınız var?"

Tramp cavab verib: "Hazırda bir."

Otaqda olanlar bu sözlərə gülüblər.

Əhməd əl-Şəraa 1946-cı ildən bəri Ağ Evə səfər edən ilk Suriya prezidenti olub. O, Trampa Suriya tarixindən qədim artefaktların surətlərini hədiyyə edib - bunlara dünyanın ilk əlifbası, ilk möhürü, ilk musiqi notu və ilk gömrük tarifi də daxildir.

Səfərin məqsədi sadəcə hədiyyə mübadiləsi deyildi. Əl-Şəraa açıqlayıb ki, Suriya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulub və Trampı həmçinin Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə inandırmağa çalışır.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
35
milli.az

1Mənbələr