AZ

Saakaşvili həbsxanaya qaytarılıb

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Tbilisidə müalicə olunduğu “Vivamed” klinikasından həbsxanaya qaytarılıb.Bu barədə "Sputnik Georgia" məlumat yayıb.

Bildirilib ki, Mixeil Saakaşvilinin vəziyyəti qənaətbəxş hesab edildiyindən və artıq stasionar müalicəyə ehtiyacı olmadığından, keçmiş prezident klinikadan çıxarılıb və 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Saakaşvili 1 oktyabr 2021-ci ildən həbsdədir. Bu müddət ərzində dəfələrlə aclıq aksiyası keçirib. Səhhətinin pisləşməsi səbəbindən o, "Vivamed" özəl klinikasına köçürülüb.

Seçilən
2
3
anews.az

4Mənbələr