AZ

Bu ərazilərə qatar yolu çəkiləcək

“Bakı və ətraf ərazilərdə relsli nəqliyyatın payı əhəmiyyətli dərəcədə artacaq”.Bunu nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında deyib. O bildirib ki, 2025-2030-cu il Dövlət Proqramına əsasən, Bakı şəhərinin və onun ətraf ərazilərinin nəqliyyat şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində Azərbaycan Dəmir Yolları bir neçə mühüm istiqamətdə layihələr həyata keçirəcək:“Zabrat–Maştağa–Bağlar–Buzovna xətti, Bakıxanov–Suraxanı–Hövsan xətti, eləcə də Bakıxanov–Suraxanı–Binə–Qala istiqamətində mövcud dəmir yolunun təkmilləşdirilməsi yaxın illər ərzində icra olunacaq. Layihə çərçivəsində 20 yeni qatarın alınması planlaşdırılır və bu qatarlar həm Abşeron dairəvi xəttində, həm də qeyd olunan istiqamətlərdə sürətli sərnişin daşımalarını təmin edəcək”.R.Ağamirzəyev qeyd edib ki, bu addım şəhərdə avtobus nəqliyyatına olan yükün azalmasına və relsli nəqliyyata keçidin sürətlənməsinə zəmin yaradacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
22
metbuat.az

1Mənbələr