AZ

Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin “qara qutusu” Türkiyəyə gətirilib

Musavat.com xəbər verir ki, dünən Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin “qara qutusu” Türkiyəyə gətirilib.

Məlumata görə, “qara qutu” üzərində təhlükəsiz şəraitdə texniki araşdırmalar aparılacaq və qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza işləri Türkiyədə davam etdiriləcək.

Hadisə ilə bağlı həm Türkiyə Müdafiə Nazirliyi, həm də Gürcüstan rəsmiləri birgə araşdırma aparır. 

 

Musavat.com

Seçilən
21
41
musavat.com

10Mənbələr