AZ

Toni Kroos: “Bayern”ə heç bir rəqib görmürəm” - ARENA.AZ

Futbol üzrə Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Toni Kroos “Bayern”in 2025/2026 mövsümündə də çempion olacağını düşünür.

Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Təəssüf ki, bu çempionat nə duyğusal, nə də maraqlı olmayacaq. “Bayern” çox güclüdür və mən ona heç bir rəqib görmürəm”, deyə Toni Kroos vurğulayıb.

Xatırladaq ki, ötən mövsüm Almaniya çempionu “Bayern” Bundesliqanın 2025/2026-cı illər mövsümündə də möhtəşəm çıxışı ilə diqqət çəkir. Komanda ardıcıl 9 qələbənin ardından 10-cu turda “Union Berlin”lə səfər oyununda 2:2 hesablı heç-heçə ilə kifayətlənib. Hesabda iki dəfə geri düşmüş Almaniya nəhəngi 90+3-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən canını qurtarıb.

Bu xal itkisinə baxmayaraq, “Bayern” hazırda 28 xalla Bundesliqanın yarış cədvəlində zirvədə qərarlaşıb. Vensan Kompaninin komandası 35 qol vurduğu halda öz qapısından cəmi 6 top buraxıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
32
arena.az

10Mənbələr