AZ

Azərbaycan karateçisi İslamiadanın qalibi olub

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

"Report" xəbər verir ki, idmançı 68 kq çəki dərəcəsində qızıl medal qazanıb.

İrina Zaretska finalda Eda Eltemuru (Türkiyə) 5:3 hesabı ilə məğlub edib.

O, üçüncü dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb. Karateçi, 2017-ci ildə Bakıda, 2021-ci ildə isə Konyada fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Qeyd edək ki, Azərbaycanı 67 kq çəki dərəcəsində təmsil edən Nuran Rzazadə 1/16 finalda Abdul Vaxab Raşidova (Özbəkistan) məğlub olub.

Seçilən
15
16
qaziler.az

10Mənbələr