AZ

ABŞ-da 900-ə yaxın uçuş ləğv edilib

Vaşinqton, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də şatdauna görə, ABŞ-da ən azı 893 uçuş ləğv edilib.

AZƏRTAC-ın məlumatına görə, Çikaqo, Denver və Atlanta kimi sıx mərkəzlər bu siyahıda ilk yerlərdədir.

“FlightAware”in məlumatına görə, daha 1020 uçuş təxirə salınıb. Lakin şatdaunun ləğvi ehtimalı artıdığı üçün gecikmələr həftə ərzində tədricən azalıb.

Federal Aviasiya Administrasiyasının ABŞ-ın 40 əsas hava limanında uçuşları məhdudlaşdırmaqla bağlı qərarından sonra noyabrın 7-dən bu yana ABŞ-da təxminən 10 mindən çox uçuş ləğv edilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
30
7
azertag.az

9Mənbələr