AZ

Demokratlar Epşteynin Trampla bağlı yazdıqlarını yaydılar – ABŞ prezidenti barədə ilginc məlumat

ABŞ Konqresinin Demokrat üzvləri uşaqlara qarşı cinsi zorakılığa görə həbs edilmiş Cefri Epşteynin ABŞ prezidenti Donald Trampla bağlı yazdığı iddia olunan e-məktubu yayıblar.

Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsindəki ABŞ qanunvericiləri bir açıqlamada 2019-cu ildə həbsxana kamerasında intihar edən Epsteynin icraçıları tərəfindən təqdim edilən materiallardan "yeni e-poçtlar əldə etdiklərini" açıqlayıblar. Demokratlar bu mesajların "Donald Tramp və onun Epsteynin dəhşətli cinayətləri haqqında məlumatlı olması ilə bağlı ciddi suallar doğurduğuna" inanırlar.

Epsteyn tərəfindən jurnalist Michael Vulfa göndərildiyi iddia edilən bir e-poçtda Trampla bağlı deyilir: "Əlbəttə ki, o, qızlardan xəbərdar idi. Gisleyndən bunu dayandırmasını istəmişdi". Maliyyəçi həmçinin əlavə edib ki, polis əməkdaşları bu barədə "heç vaxt danışmayıblar". Bu yazışmanın konteksti verilmir. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, Epsteyn onlarla yetkinlik yaşına çatmayan qız üçün məşhur şəxslərin öz evinə səfərlərini təşkil edib. Gisleyn Maksvell Epsteynin köməkçisi idi. O, yetkinlik yaşına çatmayanları cinsi istismar etdiyinə görə 20 il həbs cəzasına məhkum edilib.

Epsteyn tərəfindən 2011-ci ildə Maksvellə göndərildiyi iddia edilən başqa bir məktubda maliyyəçi Trampın onun evində qızlardan biri ilə "saatlarla vaxt keçirdiyini" iddia edir. Qızın adı "qurban" kimi qeyd edilib. Bu, ehtimal ki, maliyyəçinin əlindən əziyyət çəkən qızlardan birinə aiddir.

 

Musavat.com

 

Seçilən
14
2
musavat.com

3Mənbələr