AZ

“Eşref Rüya” yayımdan QALDIRILDI

"Tims&B Productions"ın lentə aldığı “Eşref Rüya” serialının bu gün yeni bölümü yayımlanmayıb.

Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət Türkiyəyə məxsus təyyarənin Gürcüstanda qəzaya uğraması səbəbindən yeni bölümü gələn həftə efirə verməyi qərara alıb.

Serialın növbəti bölümünün noyabrın 19-da yayımlanması planlaşdırılır.

Qeyd edək ki, ötən gün Gəncədən yola çıxan Türkiyəyə məxsus C-130 hərbi təyyarəsi qəzaya uğrayıb.

Hadisə zamanı 20 hərbçi şəhid olub.

Seçilən
7
1
avtosfer.az

10Mənbələr