AZ

Qəzaya uğrayan "C-130" hərbi təyyarəsinin "qara qutu"su Türkiyəyə gətirildi

Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə aid C-130 yük təyyarəsinin qara qutusu Türkiyəyə gətirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, "qara qutu" açılandan və araşdırmalardan sonra hadisə barədə tam dolğun informasiya veriləcək.

Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri də daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

Seçilən
15
1
far.az

10Mənbələr