AZ

Saakaşvili klinikadan həbsxanaya qaytarıldı


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili səhhətinin qənaətbəxş olması səbəbindən 2022-ci ilin may ayından bəri saxlanıldığı klinikadan həbsxanaya qaytarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin açıqlamasında bildirilib.
“Məhkum Mixail Saakaşvilinin səhhəti qənaətbəxş olduğundan və stasionar müalicəyə ehtiyac duymadığı üçün o, mülki sektor klinikasından çıxarılıb və 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb və orada cəzasını standart qaydada çəkməyə davam edəcək”, - məlumatda deyilir.
Nazirlik qeyd edib ki, Saakaşvili 12 may 2022-ci ildə stasionar tibbi yardım üçün Vivamed Klinikasına köçürülüb və o vaxtdan bəri orada qalır.
Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb. Onlardan ikisində qiyabi olaraq üç və altı il həbs cəzasına məhkum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb və sonradan sərhədi qanunsuz keçməkdə ittiham olunub. 17 mart 2025-ci ildə o, bu ittiham üzrə təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib. 6 noyabr 2025-ci ildə Gürcüstan Baş Prokurorluğu Saakaşviliyə qarşı təxribat və hökuməti devirməyə çağırışlar ittihamı ilə yeni bir iş açıldığını elan edib.
2022-ci ilin may ayında səhhətinin pisləşməsi səbəbindən o, Tbilisidəki özəl Vivamed klinikasına köçürülüb və hazırda oradadır. Saakaşvilinin səhhəti son zamanlar xeyli yaxşılaşıb və o, 2024-cü il parlament seçkiləri ərəfəsində və sonradan hökumət əleyhinə kampaniyalarda fəal iştirak edib.
Seçilən
19
11
yeniavaz.com

10Mənbələr